Ötən ilin məzunlarına qəbul imtahanlarında iştirak üçün möhlət verildi - RƏSMİ

Ötən ilin məzunlarına qəbul imtahanlarında iştirak üçün möhlət verildi - RƏSMİ

Hazırda oxunan: Ötən ilin məzunlarına qəbul imtahanlarında iştirak üçün möhlət verildi - RƏSMİ

64606

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) daxil olan çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini rəhbər tutmaqla vətəndaşların təhsil almaq imkanlarının genişləndirilməsi məqsədilə 2022/2023-cü tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə sənəd qəbulunda çağırışçılarla bağlı müəyyən dəyişikliklər edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Müharibə veteranı” adı verilmiş şəxslərə aylıq təqaüd təyin olundu


Mənbə qeyd edir ki, 18 yaşı 01.05.2022-ci il tarixdən sonra tamam olacaq əvvəlki ilin məzunlarına cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak etmələri üçün imkan yaradılıb.

Ali məktəblərə sənəd qəbulu zamanı qeyd olunan kateqoriyadan olan vətəndaşların hərbi vəzifəsi ilə bağlı SHXÇDX-nin vahid elektron informasiya sisteminə heç bir sorğu edilmədən “Abituriyentin elektron ərizəsi” birbaşa təsdiq edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO