Qarın yağması Qusarın dağlıq yaşayış məntəqələrində enerji problemi yaradıb.
Rayonun Aladaş, Kuzun və Ləzə kəndlərində səhər saatlarından enerji verilişi kəsilib. Buna qarın elektrik xətlərinin üzərinə həddindən çox yağması səbəb olub. Yerli sakinlərin sözlərinə görə, işığın bərpa olunması üçün özləri gedib Xuray kəndindən elektrik montyoru gətiriblər.
Ləzə kənd sakini Xalid Əzizovun Bizim.Media-ya verdiyi məlumata görə, qırılmış xəttlər bərpa edilsə də hələki enerji verilişi bərpa olunmayıb.
“Azərişıq” ASC-nin Qusar rayon şöbəsinin qəza briqadasının mart qarının törətdiyi fəsadları aradan qaldırmaqla məşğul olduğu bildirilir.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:25 / 12.03.2022
Qar Qusarın dağlıq kəndlərini işıqsız qoydu - VİDEO
Hazırda oxunan: Qar Qusarın dağlıq kəndlərini işıqsız qoydu - VİDEO
Hazırda oxunan: Qar Qusarın dağlıq kəndlərini işıqsız qoydu - VİDEO
64430
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.