Mart ayı sürpizləri ilə davam edir. El arasında "dəli mart" kimi tanınan bu ayda qışda belə qar düşməyən rayonlara qar yağıb.
Bizim.Media məlumat verir ki, ənənəvi olaraq qar yağan Quba, Qusar, Xızı rayonlarından əlavə, Şəki, Zaqatala rayonlarına da qar yağıb.
Quba ərazi hidrometerologiya müəssisəsindən verilən məlumata görə, ən çox qar Qubanın Xaltan kəndinə düşüb - 19 sm. Bahar qarı həmçinin şaxta ilə müşayiət edilir. Qrız kəndində bu gün səhər 10 dərəcə şaxta qeydə alınıb ki, bu,respublika üçün ən yüksək rəqəmdir.
Zaqatala, Şəki, Qax rayonlarına düşən qarın hündürlüyü isə 5 sm-dən çoxdur.
Şəkinin Kiçik Dəhnə kəndinə də ilin ilk qarı yağıb.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:10 / 12.03.2022
Şimal rayonlarına qar yağdı, -10 dərəcə şaxta var - FOTO
Hazırda oxunan: Şimal rayonlarına qar yağdı, -10 dərəcə şaxta var - FOTO
Hazırda oxunan: Şimal rayonlarına qar yağdı, -10 dərəcə şaxta var - FOTO
64384
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.