Bu gün 11-ci siniflər üçün buraxılış imtahanları keçiriləcək - 26 mindən çox şagirdin iştirakı ilə

Bu gün 11-ci siniflər üçün buraxılış imtahanları keçiriləcək - 26 mindən çox şagirdin iştirakı ilə

Hazırda oxunan: Bu gün 11-ci siniflər üçün buraxılış imtahanları keçiriləcək - 26 mindən çox şagirdin iştirakı ilə

64359

Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-də Bakı şəhərinin Sabunçu, Səbail, Nəsimi rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad və Xaçmaz rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirir. 

Bizim.Media DİM-ə istinadən xəbər verir ki, bugünkü imtahanlarda 26 min 697 şagirdin iştirakı gözlənilir. İmtahanlar saat 11:00-da başlanır.

Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İmtahana aşağıda qeyd olunan sənədləri gətirmək tələb edilir: 

- İmtahana buraxılış vərəqəsi; 

- Sağlamlıq haqqında bəyannamə; 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli: 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO