Radio müsabiqəsinin qalibi müəyyənləşdi – Yeni kanal 

Radio müsabiqəsinin qalibi müəyyənləşdi – Yeni kanal 

Hazırda oxunan: Radio müsabiqəsinin qalibi müəyyənləşdi – Yeni kanal 

64288

 Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. 

Şuradan Bizim.Media-ya verilən xəbərə görə, iclasda bir sıra məsələlər müzakirə olunub. 

İlk məsələ olaraq ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb. 

Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib: “Xəzər TV” MMC (radio kanalın adı: Xəzər Xəbər Radio); “Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM); “İNS ÇM” MMC; (radio kanalın adı: İNS ÇM Radio); “İsti Press” MMC (radio kanalın adı: İsti Press Radio); “ProMediaGroup” MMC (radio kanalın adı: Sport Radio); “Balans Studiyası” MMC (radio kanalın adı: Balans Studiyası). 

Əvvəlcə müsabiqə komissiyasının iddiaçıların təqdim etdiyi sənədlər və onların yerinə baxışla bağlı yekun məruzəsi dinlənilib.  

Geniş müzakirələrdən sonra texniki imkanların mövcudluğu, yayım konsepsiyasının uyğunluğu və peşəkar kadrların olması cəhətdən digər iddiaçılarla müqayisədə daha üstün potensiala malik olan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO