Rusiyada həlak olan azərbaycanlı jurnalist Qubada dəfn olundu – YENİLƏNİB/FOTO

Rusiyada həlak olan azərbaycanlı jurnalist Qubada dəfn olundu – YENİLƏNİB/FOTO

Hazırda oxunan: Rusiyada həlak olan azərbaycanlı jurnalist Qubada dəfn olundu – YENİLƏNİB/FOTO

64204

Rusiyada helikopter qəzasında həlak olmuş azərbaycanlı jurnalist Müşfiq İbrahimov Quba şəhər qəbristanlığında torpağa tapşırılıb.

Bizim.Media xəbər verir ki, dəfn mərasimində mərhumun Rusiyadan gələn  dostları, ailə üzvləri, yaxınları, Amsar kənd sakinləri iştirak edib.

*** 12:09

Martın 8-də Rusiyada helikopter qəzasında həlak olan 40 yaşlı azərbaycanlı jurnalist Müşfiq İbrahimovun cənazəsi artıq Azərbaycana - doğulduğu Quba rayonuna gətirilib.

Bizim.Media xəbər verir ki, mərhum  bu gün saat 14-də Quba şəhər qəbristanlığında dəfn ediləcək.

MÖVZU İLƏ BAĞLI:

Rusiyada azərbaycanlı televiziya əməkdaşı təyyarə qəzasında öldü - FOTO


Qeyd edək ki, Müşfiq İbrahimov xeyli müddətdir Sankt-Peterburqda yaşayırdı.

3 uşaq atası olan 40 yaşlı Müşfiq martın 8-də  helikopter uçuşu zamanı baş verən qəzada həyatını itirib.

Aytəkin Alxaslı, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO