Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq 

Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq 

Hazırda oxunan: Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq 

64039

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bahar fəslinin Azərbaycana daxilolma vaxtını açıqlayıb. 

Bu barədə Bizim.Media-ya universitetin mətbuat xidmətindən məlumat verilib. 2022-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə saat 19:33:23-də baş verəcək.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək.

Həmin andan Şimal yarımkürəsində astronomik yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.

Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Baharın gəlişini və təbiətin yenidən oyanışını xəbər verən, eyni zamanda bolluq və bərəkətin  rəmzi olan Novruz  Azərbaycan xalqına sülh və əmin-amanlıq gətirsin!

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO