Gəncədə 184 \

Gəncədə 184 \"sosial ev\" satıldı

Hazırda oxunan: Gəncədə 184 \"sosial ev\" satıldı

63895

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Gəncə Yaşayış Kompleksi üzrə satışa çıxardığı 188 mənzildən 184-ü alınıb. 

Bu barədə Bizim.Media-ya MİDA-dan bildirilib. 

Məlumata görə, "sosial ev"ə sahib olmuş vətəndaşlardan 5-i onu öz vəsaiti hesabına, 179-u isə güzəştli ipoteka krediti hesabına əldə edib. 

Mənzil alanların 46-sı müəllim, 72-si hərbi qulluqçu, 5-i məcburi köçkün və ona bərabər tutulan şəxs, 61-i digər kateqoriyalardan olan şəxslərdir. 

Mənzil əldə etmiş şəxslərin 128-i 22-35 yaş arası, 51-i 36-50 yaş arası, 5-i 50 yaşdan yuxarı olub. Alınan mənzillərin 27-si 2 otaqlı, 117-si 3 otaqlı, 40-ı 4 otaqlıdır. İki otaqlıların 24-ü, üç otaqlıların 116-sı, 4 otaqlıların 39-u ipoteka krediti hesabına alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO