Azərbaycanın 2015-ci ildə ev sahibliyini etdiyi ilk Avropa Oyunlarının internet səhifəsində müəmmalı hadisələr baş verir. Belə ki, “Baku2015.com” internet adresinə daxil olan şəxslər Bakıda keçirilmiş oyunlar haqqında məlumatları deyil, “pul qazandıran” mərc oyunlarının elanları çıxır.
Məsələ ilə bağlı Bizim.Media olaraq Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev ilə əlaqə saxladıq.
Qurum rəsmisi bildirir ki, məsələ araşdırılır:
“Sözügedən məsələ ilə bağlı hazırda araşdırma gedir. Nəticə ilə bağlı ətraflı məlumat veriləcək”.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Qeyd edək ki, I Avropa Oyunları Bakıda 2015-ci il 12-28 iyun tarixlərində keçirilib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:13 / 09.03.2022
“Baku-2015” Avropa Oyunlarının saytını kim dağıdıb? - FOTOFAKT
Hazırda oxunan: “Baku-2015” Avropa Oyunlarının saytını kim dağıdıb? - FOTOFAKT
Hazırda oxunan: “Baku-2015” Avropa Oyunlarının saytını kim dağıdıb? - FOTOFAKT
63813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.