Xaricdən həkim gətirilir? – RƏSMİ

Xaricdən həkim gətirilir? – RƏSMİ

Hazırda oxunan: Xaricdən həkim gətirilir? – RƏSMİ

6359

“Xaricdən Azərbaycana həkim gətirilməyəcək. Hələlik buna ehtiyac yoxdur”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış gərgin epidemioloji durumla əlaqədar yaranan həkim çatışmazlığı məsələsindən danışarkən deyib. Onun sözlərinə görə Nazirlər Kabinetinin qərarı ilə Kubadan ölkəyə gətirilən sonuncu həkim qrupu hələ ki Azərbaycandadır və həkimlərimizlə birgə pandemiyaya qarşı mübarizə aparırlar:

“Xəstəxanalarda həkim çatışmazlığı ilə bağlı problem yaşanmır. Ehtiyac olduqda dövlət müvafiq tədbirləri görəcək”, - deyə qurum rəsmisi əlavə edib.

Qeyd edək ki, bir neçə ay əvvəl 5 ölkədən – İtaliya, Çin, Türkiyə, Rusiya və Kubadan Azərbaycana yüzlərlə həkim gətirilmişdi.  

İyul ayında isə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana Kubadan 118 həkim-mütəxəssis dəvət edilib. Həkimlər “Gilan Holdinq”, “Paşa Holdinq” və Beynəlxalq Bank tərəfindən gətirilsə də, TƏBİB-in kurasiyasında koronavirusla mübarizədə xidmət göstərirdilər. Daha əvvəl isə Heydər Əliyev Fondunun dəvəti ilə Rusiyadan pandemiya ilə mübarizə üçün 22 həkim gəlib. Rusiya və Türkiyədən layihə əsasında gəlmiş həkimlər ölkələrinə geri dönüblər.

Ötən ay Azərbaycan hökumətinin dəvəti ilə Kubadan Azərbaycana daha 120 həkim-mütəxəssis gəlib. Kubadan  gələn peşəkar həkimlər Azərbaycan həkimləri ilə birgə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərində iştirak edirlər.

Hazırda Azərbaycanda yalnız Kubadan gəlmiş sonuncu həkim briqadası fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri bu günə qədər Azərbaycanın 5 milyona yaxın vətəndaşını əhatə edib.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO