Ermənistan yeni dezinformasiya yayır, Azərbaycan Naxçıvanla sərhəddə atəş açmayıb - MN

Ermənistan yeni dezinformasiya yayır, Azərbaycan Naxçıvanla sərhəddə atəş açmayıb - MN

Hazırda oxunan: Ermənistan yeni dezinformasiya yayır, Azərbaycan Naxçıvanla sərhəddə atəş açmayıb - MN

63572

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır, heç bir əsası yoxdur.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu


“Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir”, - bildirilib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə, Azərbaycan-Ermənistan sərhədində (Naxçıvan istiqamətində) atışma olub  Nəticədə iki erməni hərbçi yaralanıb.

Onlardan biri - leytenant Qraç Manasaryan xəstəxanaya aparılarkən yolda ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO