Ağdamın 2 kəndi ermənilər tərəfindən atəşə tutuldu

Ağdamın 2 kəndi ermənilər tərəfindən atəşə tutuldu

Hazırda oxunan: Ağdamın 2 kəndi ermənilər tərəfindən atəşə tutuldu

63398

Martın 6-sı saat 08:40-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Xıdırlı və Çuxurməhlə yaşayış məntəqələri istiqamətlərində mövqeləri və bölməmizin yerləşmə məntəqəsi atıcı silahlardan atəşə tutulub.

Bu barədə Bizim.Media Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO