Bayram günlərində əhali tamamilə evə qapanacaq? – RƏSMİ CAVAB 

Bayram günlərində əhali tamamilə evə qapanacaq? – RƏSMİ CAVAB 

Hazırda oxunan: Bayram günlərində əhali tamamilə evə qapanacaq? – RƏSMİ CAVAB 

6333

Türkiyədə bayram günləri dörd gün çölə çıxmaq yasaq olunub. Bundan başqa 4 günlük qeyri-iş günündə Macarıstan Çexiya, Danimarka, Polşa kimi ölkələrin də əhalisi də tamamilə evə qapanacaqlar.

Bunun ardınca bu qərarın Azərbaycanda da veriləcəyi haqda söz-söhbət gəzməyə başladı.

“Bayram günlərində Operativ Qərərgahın yalnız sonuncu qərarı qüvvədədir. Yəni 3 saatlıq SMS icazə ilə yaşadıqları yeri tərk edə bilərlər. Tamamilə evə qapanma olmayacaq”.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Operativ Qərargahdan bildirilib.

Operativ Qərargahdan verilən məlumatda o da vurğulandı ki, hazırda əlavə heç bir məlumat yoxdu. Əgər belə bir qərar olarsa, ictimaiyyətə qabaqcadan məlumat veriləcək. 

Gülşanə Mustafayeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO