Dövlət Xidmətindən tarixi abidələrlə bağlı vətəndaşlara MÜRACİƏT 

Dövlət Xidmətindən tarixi abidələrlə bağlı vətəndaşlara MÜRACİƏT 

Hazırda oxunan: Dövlət Xidmətindən tarixi abidələrlə bağlı vətəndaşlara MÜRACİƏT 

63268

Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarixi abidələrə müdaxilə ilə bağlı vətəndaşlara müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidlərinin qorunması, bərpa və konservasiyası, eləcə də gələcək nəsillərə çatdırılması Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyət istiqamətinin əsasını təşkil edir. 

Zaman-zaman müxtəlif ərazilərdə yerləşən tarixi abidələrə müdaxilə halları qeydə alınır. Belə faktlar müəyyən edilərək qarşısı alınsa da, bəzi hallarda həmin abidələrin bərpası işini tamamilə əngəlləmiş olur.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni təcavüzü nəticəsində dəyən maddi ziyanın həcmi – RƏSMİ


Tarix-mədəniyyət abidələrinə müdaxilə halları daha çox dağlıq və meşəlik ərazilərdə, həmçinin sosial-iqtisadi fəaliyyətin gur olan yerlərində də baş verir.

Bildiririk ki, tarix-mədəniyyət abidələrinə müdaxilə qanunvericiliklə müvafiq hüquqi məsuliyyət yaradır.

Bir daha vətəndaşlarımızdan xalqımızın əsrlər boyu yaratdığı mədəni irs nümunələrinə həssas yanaşmaqla milli kimliyimizi özündə yaşadan abidələrin gələcək nəsillərə ötürülməsinə yardımçı olmalarını, eləcə də tarix-mədəniyyət abidələrinə müdaxilə faktları ilə bağlı Dövlət Xidmətinə məlumat vermələrini xahiş edirik!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO