Tovuzda ağır yol qəzası: 3 nəfər yaralandı

Tovuzda ağır yol qəzası: 3 nəfər yaralandı

Hazırda oxunan: Tovuzda ağır yol qəzası: 3 nəfər yaralandı

63218

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun İbrahim Hacılı kəndində hərəkətdə olan minik və yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Tovuz rayon sakini olan 1980-ci il təvəllüdlü R.Abdıyev, onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü S.Abdıyeva və yük avtomobilinin sürücüsü, 1987-ci il təvəllüdlü E.Əliyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırmalar aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO