Kür Çayı Hövzəsinin İdarə edilməsi Planı hazırlandı

Kür Çayı Hövzəsinin İdarə edilməsi Planı hazırlandı

Hazırda oxunan: Kür Çayı Hövzəsinin İdarə edilməsi Planı hazırlandı

63055

Avropa İttifaqı (Aİ) və Azərbaycan yeni proqrama start verir. Aİ Ətraf Mühit üçün Su Resursları və Ətraf Mühit Məlumatları proqramının Azərbaycanda rəsmi açılışı onlayn formatda keçirilib.

Bizim.Media xəbər verir ki, açılış tədbirində bildirilib ki, proqram Avropa Yaşıl Razılaşmasına və COVID-19-dan sonra yaşıl bərpa proqramına uyğun olaraq təbii ehtiyatların qorunmasında ölkəyə daha çox dəstək verəcək.

Proqramın məqsədi Azərbaycanda əhalinin sağlamlığının və rifahının yaxşılaşdırılması, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaqdır.

Proqram Su və Sıfır Çirklənmə üzrə Avropa Komanda Təşəbbüsünün bir hissəsidir və bütün vətəndaşlar üçün təmiz (toksiksiz) bir ətraf mühitə doğru irəliləməyə yönəlib.

Rəsmi açılışda qeyd edilib ki, Avropa İttifaqının Su Təşəbbüsü Plyus (AİST+) layihəsi Azərbaycana Aİ ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini həyata keçirməyə və Avropa İttifaqının su idarəçiliyi təcrübələrini tədricən qəbul etməyə köməklik edib.
Kür çayının Mingəçevir su anbarının bəndindən yuxarı hövzə rayonu (15.000km², 1,5 milyon əhali) üçün Çay Hövzəsinin İdarə edilməsi Planı artıq təsdiqə hazırdır. Su ehtiyatları haqqında bilikləri möhkəmləndirmək üçün üç su laboratoriyası yeni yüksək səviyyəli analitik avadanlıqla təmir edilib.

Çaylar və qrunt suları üçün monitorinq şəbəkəsi təkmilləşdirilib və sahil suları da daxil olmaqla 130-a yaxın ərazini əhatə edən çöl tədqiqatları aparılıb.

Həmçinin layihə çərçivəsində su məlumatlarının inteqrasiyası, qanunvericilik və qaydaların tətbiqi, Gürcüstanla transsərhəd əməkdaşlığı və maliyyələşdirmə mexanizmləri üzrə digər işlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO