“Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında” Nazirlər Kabinetinin 2009-cu il 22 dekabr tarixli 195 nömrəli qərarı ləğv edilib.
Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Xatırladaq ki, əvvəlki qərarla orta ixtisas təhsili pilləsini fərqlənmə diplomu ilə bitirmiş və “subbakalavr” ixtisas dərəcəsi almış məzunların ayrı-ayrı fənlərdən topladıqları kreditlər tələbənin müraciəti və müvafiq sənədlər (fərqlənmə diplomu və onun əlavəsi) təqdim edildikdən sonra baxılaraq, bakalavr səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisəsi tərəfindən nəzərə alınırdı.
Qeyd edək ki, həmin qərarı 2009-cu ildə Artur Rasizadə imzalamışdı.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:55 / 03.03.2022
Əli Əsədov Artur Rasizadənin imzaladığı qərarı ləğv etdi
Hazırda oxunan: Əli Əsədov Artur Rasizadənin imzaladığı qərarı ləğv etdi
Hazırda oxunan: Əli Əsədov Artur Rasizadənin imzaladığı qərarı ləğv etdi
62906
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.