Astaraçay üzərində tikiləcək körpü gələn il istifadəyə veriləcək

Astaraçay üzərində tikiləcək körpü gələn il istifadəyə veriləcək

Hazırda oxunan: Astaraçay üzərində tikiləcək körpü gələn il istifadəyə veriləcək

62791

Astaraçay üzərində tikilməsi planlaşdırılan körpü gələn il istismara buraxılacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Agentliyinin baş direktoru Xeyrullah Xademi jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, bu körpü İranın tranzit imkanlarını artırmaqla yanaşı, Azərbaycan Respublikası ilə ticarət əlaqələrinin də artmasına böyük təkan verəcək. 

Bu səbəbdən də körpünün inşasının bir il ərzində tikilib istifadəyə verilməsi planlaşdırılıb.

X.Xademi bildirib ki, ötən ilin dekabrında Azərbaycanın Astara şəhərində tərəflər arasında yeni körpünün tikilməsi barədə razılıq əldə olunub. Razılaşmaya əsasən körpü 97 metr uzunluğunda, 32 metr enində və 4 zolaqlı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO