18 yaşlı şəhidimizi tanıyaq... - FOTO

18 yaşlı şəhidimizi tanıyaq... - FOTO

Hazırda oxunan: 18 yaşlı şəhidimizi tanıyaq... - FOTO

6274

Azərbaycan 44 gün davam edən Vətən Müharibəsi nəticəsində öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Doğma torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. 

Bizim.Media xəbər verir ki, Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2802 hərbi qulluqçusu həlak olub. Onlardan biri də şəhid Rəhman Bəşirovdur. O, 2002-ci ilin mart ayında Salyan rayonunda doğulub. 

R.Bəşirov ailənin beş övladından biri olub. O, 2020-ci ilin may ayında hərbi xidmətə yollanıb. 

Hərbi xidmətdə olan zaman ailəsi ilə tez-tez əlaqə saxlayıb. Sonuncu dəfə sentyabrın 23-də ailəsinə zəng edib. 

Dörd bacının qardaşı olan şəhid Murov dağı istiqamətində gedən döyüşlərdə şəhid olub. Qəhrəmanımız noyabrın 27-də dəfn edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO