Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatları olub.
Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, Vəli Quliyev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.
Vəli Quliyev 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
2007-ci ildən bank-maliyyyə sektorlarında rəhbər vəzifələrdə, 2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Fuad Heydərov isə Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri, şöbənin əvvəlki müdiri Əbülfət Məhərrəmov əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:34 / 02.03.2022
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni TƏYİNATLAR
Hazırda oxunan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni TƏYİNATLAR
Hazırda oxunan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni TƏYİNATLAR
62702
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.