Ekspert Xaricdə təhsil proqramının ikinci mərhələsindən DANIŞDI - Nələr gözlənilir?

Ekspert Xaricdə təhsil proqramının ikinci mərhələsindən DANIŞDI - Nələr gözlənilir?

Hazırda oxunan: Ekspert Xaricdə təhsil proqramının ikinci mərhələsindən DANIŞDI - Nələr gözlənilir?

62611

“Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən imzalanan bu sərəncam Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması, eyni zamanda ixtisaslı kadrların formalaşması istiqamətində böyük addımdır”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, dünən Prezident İlham Əliyevin xaricdə təhsillə bağlı imzaladığı sərəncam potensiallı tələbələrin inkişafında mühüm rol oynayacaq:

“Bundan öncə birinci Dövlət Proqramı 2007-2015-ci illərdə baş tutmuşdu. Proqram çərçivəsində 5000 gəncin xarici ölkələrin ən yaxşı universitetlərində təhsil almaqları nəzərdə tutulsa da, 3500 nəfər bu proqram vasitəsi ilə təhsilini tamamladı. Hazırda həmin tələbələr Azərbaycanın əmək bazarında müstəsna fəaliyyətləri ilə xarakterizə olunurlar. Onların əksəriyyəti hazırda dövlət və özəl sektorda rəhbər vəzifədədirlər. Qeyd edim ki, birinci proqram üzrə xarici ölkələrdə dövlət büdcəsi ilə təhsil alan tələbələrə 95 milyon manatdan çox vəsait ayrılmışdı”.
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdə təhsil alan gənclərin işlə təminatı üçün proqram hazırlanacaq


Ekspert kadr ehtiyatının daha çox lazım olduğu sahələri də diqqətə çatdırıb:

“Hazırda tamamilə fərqli ixtisaslarda üzrə bu proqram hazırlanıb. Ölkəmiz üçün spesifik ehtiyac olunan və gələcəkdə iqtisadiyyata, xidmət sektoruna dəstək verəcək ixtisaslara ehtiyacımız var. Biz daha çox informasiya texnologiyaları və təhlükəsizliyi, səhiyyə həmçinin iqtisayiyyatla bağlı ixtisaslar üçün tələbələr göndərməliyik ki, bu sahədəki kadr çatışmazlığını aradan qaldıra bilək. Bizim bu proqramdan gözləntilərimiz böyükdür. Universitetlərin siyahısı gəldikdən sonra isə tələbə seçimləri bir neçə mərhələli olmalıdır”.

Kamran Əsədovun sözlərinə görə, birinci dəfə keçirilən seçimlər heç də şəffaf olmayıb, amma hazırkı seçimlərə ümidi böyükdür:

“Çox təəssüf ki, 2007-2015-ci illərdəki qəbul prosesi heç də şəffaf keçirilməmişdi, kənar müdaxilələr var idi. İnanıram ki, indiki seçim daha şəffaf keçiriləcək. Hazırda 51 ali təhsil müəssisələrimizdə 187000 tələbə təhsil alır. Bu kifayət qədər ciddi rəqəmdir. Ümid edirəm ki, xaricə göndərilən tələblərin sayı daha çox olar. Amma onlarla imzalanmış müqaviləyə mütləq bir əlavə edilməlidir, hansı ki, həmin şəxslər vətənə qayıdanda dövlət tərəfindən işlə təmin olunacaqlar. Çünki çox zaman həmin şəxslər özəl sektorda işləyirlər və ya heç ölkəyə qayıtmırlar”.

Qeyd edək ki, Prezident İlham Əliyev 27 fevral tarixində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” Sərəncamını təsdiq edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO