Fevralın son günləri ölkəmizin şimalında qış özünü göstərir. Quba-Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağır.
Bizim.Media-nın Quba ərazi hudrometerologiya müəssisəsindən aldığı məlumata görə, Qrız kəndinə 28 sm qar yağıb. Burada 3 dərəcə şaxta qeydə alınıb.
Qubanın Xınalıq və Ləzə kəndlərinə isə 10-15 sm qar yağdığı deyilir.
Yerli sakinlərin sözlərinə görə, qarın yağması hələlik hər hansı fəsad yaratmayıb.
Aytəkin Alxaslı, Bizim.Media