“Azərbaycan təhlükəsiz ölkədirmi?” - ABŞ saytı nələr yazdı?

“Azərbaycan təhlükəsiz ölkədirmi?” - ABŞ saytı nələr yazdı?

Hazırda oxunan: “Azərbaycan təhlükəsiz ölkədirmi?” - ABŞ saytı nələr yazdı?

6213

ABŞ-ın məşhur "Nomadicmatt" saytı "Azərbaycan çox təhlükəsiz ölkədirmi?" adlı məqalə paylaşıb.

Bizim.Media yazını təqdim edir:

“Azərbaycan turistlərin son dövrlər kəşf etdiyi ölkədir.

1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan son dövrlər daha çox insanın diqqətini çəkir. Son 10 ildə bu ölkəyə gələnlərin sayı dəfələrlə artıb.

Azərbaycanın çoxlu görməli yerləri var. Paytaxt Bakı xüsusi arxitekturası ilə diqqət çəkir. Bakıda həm müasir, həm köhnə yüzilliklərin tikililəri vəhdət təşkil edir.

Paytaxtdan kənarda palçıq vulkanını, 40 min illik tarixi olan Qobustan qayaüstü rəsimlərini görmək mümkündür.

Bəs Azərbaycan təhlükəsiz ölkədirmi?

Azərbaycan çox təhlükəsiz ölkədir. Güclü lideri olan ölkədə turistlərə qarşı heç bir hadisə qeydə alınmayıb.

Niyə sualını verə bilərsiniz?

Çünki kimsə istənilən turistə qarşı xoşagəlməz hadisə törətdikdə çox ciddi cəzalandırılır. Bu ölkədə qonaqlara qarşı heç bir ciddi hadisə baş verməyib. Kiçik hadisələr ola bilər bu normal haldır. Xırda faktlar  dünyanın hər yerində olur.  

Azərbaycan ümumiyyətlə həm təhlükəsiz, həm də əyləncəli ölkədir.

Burada oğrular çox azdır. Oğurluğa görə sərt cəzalar mövcud olduğundan demək olar ki, bu cüzi həddədir. Sadəcə çoxluq olan yerdə dünyanın hər yerində olduğu kimi burda da əşyalarınıza diqqət yetirmək lazımdır.

Bu ölkədə insanlara hörmətlə yanaşmaq lazımdır. Azərbaycanın torpqalarını işğal etdiyi üçün ermənilər və Ermənistan haqqında çox danışmayın. Yaşlılara, böyüklərə və ölkənin vəzifəli şəxslərinə qarşı hörmətlə yanaşmaq gərəkdir. Bu şərqdən qalan bir ənənədir”.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO