Təmir işləri zamanı damdan yıxılan kişi öldü

Təmir işləri zamanı damdan yıxılan kişi öldü

Hazırda oxunan: Təmir işləri zamanı damdan yıxılan kişi öldü

61963

Zaqatalada 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Bizim.Media xəbər verir ki, hadisə bu gün saat 16 radələrində rayonun Göyəm kəndində baş verib.

Kənd sakini 1960-cı il təvəllüdlü Abid Şaban oğlu Əhmədov qohumlarına məxsus fərdi yaşayış evinin dam örtüyündə təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq A.Əhmədov xəstəxanada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO