Azərbaycanlıları dünyada tanıdan MÜSBƏT və MƏNFİ xüsusiyyətlər

Azərbaycanlıları dünyada tanıdan MÜSBƏT və MƏNFİ xüsusiyyətlər

Hazırda oxunan: Azərbaycanlıları dünyada tanıdan MÜSBƏT və MƏNFİ xüsusiyyətlər

61939

Hər bir xalq kimi Azərbaycan xalqı da özünəməxsus xüsusiyyətləri ilə digər xalqlardan fərqlənir.

Bu barədə sosioloq Əhməd Qəşəmoğlu Bizim.Media-ya Azərbaycan xalqının xarakterik müsbət və mənfi cəhətlərini göstərib. 

Bir çox ölkədə olan sosioloq qeyd edir ki, Azərbaycan qədər açıq ürəkli və qonaqpərvər xalqa hələ rast gəlməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Xocalı soyqırımından 30 il ötür


44 günlük vətən müharibəsi və Azərbaycan tarixində xüsusi iz qoymuş, qəhrəmanlıqları ilə salnamə yazmış igidlər isə Azərbaycan xalqının vətənpərvlik duyğularının tərənnümü olub.

Azərbaycan xalqı həm də çox qoçaq, çalışqan xalqdır, zəhmətkeşdir. Xüsusilə, hər çətinliyə dözə bilir, müqavimət göstərməyi bacarırlar.

Azərbaycanlı valideynlərin uşaqlarına bağlılığını və diqqətini də nəzərə almaq lazımdır. Belə ki, onlar övladlarına qarşı çox qayğıkeş və mehribandırlar.

Azərbaycan mətbəxi, arxitekturası, xalq mahnıları, folkloru ilə ən misilsiz xalqlar arasında yer almaqdadır. Mənfi cəhətlər o qədər çoxluq təşkil etməsə də, bunlar sırasında tələbkarsızlıq, pul qazancını düzgün idarə edə bilməmə və hər kəsə çox tez inam bəsləməsi yer alır.

Sosioloq Əhməd Qəşəmli mənfi cəhətlərin aradan qaldırması ilə bağlı fikirləri çox maraqlıdır.

“Biri var milli kod, biri var milli mentalitet. Milli kodu dəyişmək çox çətindir. Milli mentaliteti dəyişməyin isə xeyli yolları, elmi metodları var. Misal olaraq, sosioloqlar düşünür ki, teleseriallar insanlar arasında mentaliteti dəyişmək üçündür”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO