Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonların və “smart” saatların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.
Bizim.Media xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşları “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən onları gömrükçülər saxlayıb və “Qırmızı kanal”a yönləndiriliblər.
Vətəndaşlara məxsus əşyalar rentgen aparatından keçərkən, üç ədəd çantada mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müşahidə edilib.
Yoxlama otağına dəvət olunan vətəndaşlara məxsus üç ədəd çantanın içərisindən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 121 ədəd “iPhone 13 Pro” və 1 ədəd “Samsung S 21 markalı mobil telefonlar, 6 ədəd “Airpods Pro” markalı qulaqlıq, 165 ədəd “İ-Watch” markalı saat və 3 ədəd qidalandırıcı başlıq aşkarlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:47 / 25.02.2022
Gömrükdə külli miqdarda "iPhone" müsadirə edildi - FOTO
Hazırda oxunan: Gömrükdə külli miqdarda "iPhone" müsadirə edildi - FOTO
Hazırda oxunan: Gömrükdə külli miqdarda "iPhone" müsadirə edildi - FOTO
61897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.