Gənc nəslin beyninin yuyulmasında ən təhlükəli 5 FAKTOR – Onları niyə ölkələrinə DÜŞMƏN EDİRLƏR? 

Gənc nəslin beyninin yuyulmasında ən təhlükəli 5 FAKTOR – Onları niyə ölkələrinə DÜŞMƏN EDİRLƏR? 

Hazırda oxunan: Gənc nəslin beyninin yuyulmasında ən təhlükəli 5 FAKTOR – Onları niyə ölkələrinə DÜŞMƏN EDİRLƏR? 

61876

Beyin yuyulması anlayışı insan şüurunu idarə etmək və ya insanların şüurunda intellektual və ideoloji transformasiya yaratmaq məqsədilə anlaşılmaz, qarşısıalınmaz, ağlasığmaz və hətta sehrli üsullardan istifadə etməklə birbaşa və ya dolayısı ilə edilən hər cür sistemli təkliflər və manipulyasiyalar kimi müəyyən edilir.

Bizim.Media xəbər verir ki, 21-ci əsr bəlalarından biri elə “brainwashing”dir. Müxtəlif niyyət və məqsədlərə xidmət edən bu çirkli oyun, təəssüf ki, qurban olaraq cəmiyyətin “qaymaq” təbəqəsini - gəncləri seçir.

Bir növ “məcburi inandırma” olan beyin yuyulması sirli bir texnikadan istifadə edərək zehnin sistematik şəkildə təhrif edilməsi və məhv edilməsi deməkdir.

Ekspertlərin fikrincə, burada iki istiqamət var, asan idarə olunan kütlənin yetişdirilməsi və vahid hökümranlığın qurulması. İkinci məsələ isə dünya gücləri tərəfindən digər ölkələrə yönəlik siyasətdir ki, bu da həmin ölkələrdə təzyiq altında saxlanılan hakimiyyətlərin bərqaərar olması üçündür. Bütün bu eksperimentlər zaman-zaman sınaqdan keçirilərək artıq dövrümüzün reallığına çevrilib. Texnologiyanın inkişafı isə bu işi daha qolay edib. 

Bəs, görək yetişməkdə olan nəslin öz ölkəsinə “asi” düşməsi üçün hansı üsullardan istifadə edirlər?

Psixoloq Samirə Bağırova gənc nəslin beyninin yuyulmasında istifadə olunan ən təhlükəli 4 faktoru göstərib.

1.Milli mənəvi dəyərlərin və vətənpərvərlik mövzularına ikrah hissinin yaradılması. 

Gənc demokratik dövlətlərdə milli ideologiyanın inkişafı müəyyən vaxt tələb edir. Bundan istifadə edən müxtəlif qüvvələr müəyyən yollara əl atmaqla “manqurtlaşma” siyasəti yürütmək istəyirlər. Xüsusilə, bu günümüzdə bu proses televiziya və sosial media tərəfindən həyata keçirilir. İnsanlar xaricdə trend olan yeni geyim, aksessuar, məişət hadisəsinə meyl salırlar və öz milli mənəvi dəyərlərinin əksinin təbliğatına aldanırlar.

2.Asan qazanc yollarının aşılanması - Sosial şəbəkədə əsasən tik-tokda asan pul qazanma yolu ilə zamanın boşuna sərf etməyə təhrik.

Fərdi inkişafın passivləşməsinə və düşünə, qərar verə bilməmək, təhlil edə bilməmək, hədəflər qura bilməmək kimi problemlərə səbəb olur. Çünki düşüncədə ancaq hər canlıya bağlananda, daha çox gəlir əldə etmə həyəcanı yaşanılır və bu baxımdan zamanın gedişatının fərqində olmur. Eyni zamanda asılılıq yaranır və buna qumar asılılığı demək olar.
 

MÖVZU İLƏ BAĞLI:

“Kişi ol, kişilər ağlamaz!” ifadəsi uşaqları aqressiv edir - PSİXOLOQ


3.Dini savadsızlıq və dinin yanlış təbliğatı.

Dindən sui-istifadə edən şəxslər və qruplaşmalar məskunlaşdıqları ərazidə cəmiyyətin milli dəyərlər və mənafelər binasını yıxmağa, strukturlarını dağıtmağa çalışırlar. Ən pisi hal isə odur ki, bu əməllərini gənclik üzərindən edir və yanlış təbliğat ilə onların yönünü uçurama doğru dəyişirlər.

4.Təhsil seçimi.

Bu məsələdə fərddən çox, valideyininin söz haqqı olur. Azərbaycandan son dəfə dahi şəxsiyyət nə zaman çıxıb? Alimlərimiz çoxdur amma yeni kəşfimiz yoxdur. Təhsildən də öncə uşağın özgüvəni, güclü iradəsi, güclü psixologiyaya sahib olması, insan olması önəmlidir.
 

Bir önəmli faktor da ondan ibarətdir ki, kompyuter və mobil oyun tətbiqləri ilə uşaqlardan başlayaraq böyüklərə kimi fərdlərin zehninə aqressiya, destruktiv ideologiyalar, eybəcər adət-ənənələr yeridirlər.


Psixoloqun dediklərinə əlavə olaraq xeyli sayda ekspert, siyasətçi və ictimai xadim var ki, gənc nəslin beyninin yuyulmasında 5-ci faktor kimi geyim, qida və məişət adətlərinin ötürülməsini də qeyd edirlər. 

5. Trendlərlə ayaqlaşmaq.

Yəni, söylənildiyi kimi, müxtəlif informasiya texnologiyaları vasitəsi ilə ötürülən dağıdıcı elementlərdən başqa məişətimizə girən gündəlik trendlər də var ki, bunlar da xüsusi olaraq gənc nəslin həyat tərzi, onun geyim, qida və davranış mədəniyyətidir.

Ekspertlərin fikrincə, fast-foodla qidalanan, Coca-Cola və energetik işçilərə meyillənən, geyimlərdəki sağlamlıq üçün təhlükəli elementlər ideoloji xəttlə də birləşdikdə o kodlaşmaya səbəb olur. Bunlar da şirin xatirə kimi bir nəslin yaddaşını, düşüncə tərzini zəbt edir. Nəticə isə özünü 10-30 il intervalında özünü biruzə verir.  

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO