Müdafiə nazirinin Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi barədə əmrinə əsasən, Quru Qoşunlarının 2022-ci il hazırlıq planına uyğun olaraq daşqaldırma birinciliyi keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 71 nəfər hərbi qulluqçunun iştirak etdiyi yarışlarda birdən və təkanla qaldırma üzrə 6 çəki dərəcəsində mübarizə aparılıb.
Finala çıxan əsgər Samir Muradov, kiçik çavuş Şamo Ələsgərov, çavuş Nurlan Salamzadə, baş çavuş Abdulla Abdullayev, əsgər Niyal Əzimov və gizir Sahib Nəsibov şəxsi hesabda birinci yerə layiq görülüblər.
Yarışların sonunda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib.
Bizim.Media