DOST Agentliyi beynəlxalq mükafata layiq görüldü

DOST Agentliyi beynəlxalq mükafata layiq görüldü

Hazırda oxunan: DOST Agentliyi beynəlxalq mükafata layiq görüldü

61707

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi sosial təminat sahəsində və vətəndaş məmnunluğunun artırılmasında qabaqcıl innovasiyalar, rəqəmsal texnologiyaların tətbiq edilməsi, eləcə də dövlət xidmətlərinin göstərilməsində operativ metodlara görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülüb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən Bizim.Media-ya verilən məlumata görə, fəxri fərman Bakıda keçirilən “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfransda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədova təqdim edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qazinin iddialarına DOST Agentliyi və “YAŞAT” Fondundan birgə CAVAB


DOST konsepsiyası konfrans iştirakçılarının böyük marağına səbəb olub və qeyd edilib ki, MDB məkanında əhalinin sosial təminatı sahəsində həyata keçirilən ən uğurlu layihələrdən biridir.

Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədilə yaradılan DOST layihəsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Prezident İlham Əliyevin 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO