DİM-dən şagirdlərə MÜRACİƏT - Buraxılış imtahanlarının vaxtı açıqlandı

DİM-dən şagirdlərə MÜRACİƏT - Buraxılış imtahanlarının vaxtı açıqlandı

Hazırda oxunan: DİM-dən şagirdlərə MÜRACİƏT - Buraxılış imtahanlarının vaxtı açıqlandı

61605

Dövlət İmtahan Mərkəzi martın 5-i və ya 6-da keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərə müraciət edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

"Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Məlum olduğu kimi, martın 5-də Bakı şəhərinin Qaradağ, Xəzər, Yasamal, Nərimanov rayonlarında, həmçinin Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar rayonlarında, martın 6-da isə Bakı şəhərinin Nizami, Suraxanı, Binəqədi rayonlarında, həmçinin Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət İmtahan Mərkəzindən magistratura suallarının sızdırılması ilə bağlı AÇIQLAMA


Martın 5-də tədrisi gürcü, 6-da isə ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər. 

Buraxılış imtahanında iştirak edəcək şagirdlər linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər. 

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir. 

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO