Beyləqanda keçmiş məhkumdan avtomat götürüldü - FOTO

Beyləqanda keçmiş məhkumdan avtomat götürüldü - FOTO

Hazırda oxunan: Beyləqanda keçmiş məhkumdan avtomat götürüldü - FOTO

61568

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində və qanunsuz olaraq odlu silah əldə edərək saxlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də məhkumluq həyatı yaşamış Oqtay Zərbəliyev Beyləqan rayonu ərazisində saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Samuxda silah-sursat tapıldı – Park ərazisində 


Onun üzərinə baxış keçirilən zaman əlindəki torbanın içərisində 4 polietilen bükümdə qablaşdırılmış, ümümui çəkisi 4 kiloqram 450 qram narkotik vasitə olan heroin və 1 ədəd atəşə yararlı “Kalaşnikov” markalı avtomat silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə O.Zərbəliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO