Bakıda özünə ad günü keçirən qalmaqallı məktəb direktoru Nailə Məmmədovanın məclisində iştirak edən müğənni Mətanət İsgəndərli cərimələnib.
Bizim.Media bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, müğənni barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib.
Sənətçi 200 manat məbləğində cərimə olunub. Məclisin digər iştirakçılarının da müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Bizim.Media