Samuxda yanğın zamanı xəsarət alan azyaşlı xəstəxanada dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ağır yanıq xəsarətləri alan 2019-cu il təvəllüdlü Bakir Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) sözügedən yanğın hadisəsis barədə məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Samuxda evdə YANĞIN, 3 yaşlı uşaq ağır xəsarət aldı - FOTO
Belə ki, Samux rayonunun Seyidlər kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə, digər otağının tavanı 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Məqsəd Rəhimov, Bizim.Media