Qubada hazırlıqdan çıxan 5 yaşlı uşağı maşın vurdu, vəziyyəti stabildir

Qubada hazırlıqdan çıxan 5 yaşlı uşağı maşın vurdu, vəziyyəti stabildir

Hazırda oxunan: Qubada hazırlıqdan çıxan 5 yaşlı uşağı maşın vurdu, vəziyyəti stabildir

61331

Qubada hazırlıqdan çıxan 5 yaşlı uşağı avtomobil vurub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Bakı-Quba yolunda qeydə alınıb.  

Rayonun Vəlvələ kənd tam orta məktəbinin hazırlıq qrupuna gedən 5 yaşlı Hüseyn Bəhlul oğlu Qəribov məktəbdən müəllimi ilə çıxdıqda yolda qəfildən valideynini görüb qaçıb və onu avtomobil vurub.

Uşaq dərhal onu vuran "Mersedes"markalı avtomobilin sürücüsü tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin stabil olduğu deyilir. 

Məlumatı Vəlvələ kənd tam orta məktəbinin direktoru İsmayıl Fərzəliyev Bizim.Media-ya təsdiqləyib. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO