Bakının Yasamal rayonu, Bəsti Bağırova küçəsinin (keçmiş 7-ci Paralel küçəsi) yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bizim.Media-ya bildirib ki, bu pilot parkinqin idarə olunması layihəsi Bəsti Bağırova, Məhəmməd Naxçıvani küçələrini və onlara perpendikulyar olan küçələri əhatə edir.
Küçə və parkinq yerlərinin layihələndirilməsi müasir şəhərsalma standartlarına tam uyğun, piyadaların ehtiyaclarına diqqətin artırılması prinsipləri əsasında həyata keçirilib.
“Ümumi uzunluğu 450 metr olan B.Bağırova küçəsində vəziyyət acınacaqlı olub, səkilərin və yol infrastrukturunun bərbad vəziyyətdə olması piyadaların və sürücülərin ədalətli narazılığına səbəb olub.
Xəstəxana, kollec, uşaq bağçası, biznes mərkəzləri, yaşayış binaları və s. yerləşdiyi küçənin ideal vəziyyətə gətirilməsi üçün 6 yerdə yeni yerüstü piyada keçidləri (“zebralar”) təşkil edilir. Nəqliyyat axınının sıxlığı nəzərə alınaraq 138 yeni parkinq yeri yaradılıb və parkinq müasir üsullarla tənzimlənəcək”, - deyə M.Ağayev vurğulayıb.
Bəsti Bağırova küçəsinin görkəmini əks etdirən videoçəkilişi sizə təqdim edirik.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:25 / 22.02.2022
Bakının bu küçəsində 138 yeni parkinq yeri yaradıldı - VİDEO
Hazırda oxunan: Bakının bu küçəsində 138 yeni parkinq yeri yaradıldı - VİDEO
Hazırda oxunan: Bakının bu küçəsində 138 yeni parkinq yeri yaradıldı - VİDEO
0:00
0:00
61264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.