Samuxda silah-sursat tapıldı – Park ərazisində 

Samuxda silah-sursat tapıldı – Park ərazisində 

Hazırda oxunan: Samuxda silah-sursat tapıldı – Park ərazisində 

61261

Samuxda parkda silah-sursat tapılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisindəki parkların birindən silah-sursat aşkarlayıb. 

Polis əməkdaşları dərhal ANAMA-nın əməkdaşlarını həmin əraziyə dəvət edərək müvafiq tədbirlər həyata keçirib.

Araşdırmalar zamanı oradan 1 ədəd “F1” əl qumbarası, 2 ədəd “UZRQM” qumbaratan patronu, 1 ədəd 14 mm-lik “BTR” patronu, 37 ədəd 7.62 mm-lik avtomat patronu və 96 ədəd 5.45 mm-lik avtomat patronları aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO