94 cinayətin üstü “isti izlər”lə açıldı, 106 nəfər saxlanıldı 

94 cinayətin üstü “isti izlər”lə açıldı, 106 nəfər saxlanıldı 

Hazırda oxunan: 94 cinayətin üstü “isti izlər”lə açıldı, 106 nəfər saxlanıldı 

61082

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 94 cinayətin üstü “isti izlər”lə açılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili işlər nazirliyindən bildirilib. 

Qeyd olunub ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 66 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 

MÖVZU İLƏ BAĞLI:

53 cinayətin üstü “isti izlər”lə açıldı, 65 nəfər saxlanıldı 


Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 56, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 106 nəfər saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO