Zaqatalada piyadanı maşın öldürdü - Yolu keçmək istəyib

Zaqatalada piyadanı maşın öldürdü - Yolu keçmək istəyib

Hazırda oxunan: Zaqatalada piyadanı maşın öldürdü - Yolu keçmək istəyib

0:00
0:00
61069

Zaqatalada yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Bəhmətli kənd inzibati ərazisində baş verib.

Zaqatala rayonu Yuxarı Tala kənd sakini 1984-cü il təvəllüdlü Muradov İlkin Müntəzir oğlu özünə məxsus "Nissan maxima" markalı 90 OD 311 dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala rayonu Bəhmətli kəndi istiqamətində hərəkət edərkən həmin kəndin ərazisində yolun solundan sağına keçməyə çalışan 1951-ci il təvəllüdlü Zaqatala rayonu Bəhmətli kənd sakini Muradov İsmayıl Fərhad oğlunu vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İ.Muradov hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO