Bakıda yol kənarlarındakı ağaclar budanır və yuyulur - FOTO

Bakıda yol kənarlarındakı ağaclar budanır və yuyulur - FOTO

Hazırda oxunan: Bakıda yol kənarlarındakı ağaclar budanır və yuyulur - FOTO

61017

Qarşıdan gələn yaz mövsümü ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif ərazilərində yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əsas magistral yol və prospektlərin kənarlarındakı iynəyarpaq və həmişəyaşıl ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır, təbii gübrələr verilir.

Həmçinin ağacların qurumuş budaqları budanır, prospekt və küçələrin kənarlarında yeni mövsümi güllər və kollar əkilir, şəhərə yeni gözəllik verilir.

Bu işlər mövsümün sonunadək paytaxtın bütün rayonlarında görüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO