Ağciyər Xəstəxanasını insident ocağına çevirən direktor barədə niyə ölçü götürülmür? - TƏBİB-dən AÇIQLAMA 

Ağciyər Xəstəxanasını insident ocağına çevirən direktor barədə niyə ölçü götürülmür? - TƏBİB-dən AÇIQLAMA 

Hazırda oxunan: Ağciyər Xəstəxanasını insident ocağına çevirən direktor barədə niyə ölçü götürülmür? - TƏBİB-dən AÇIQLAMA 

60905

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qalmaqallar səngimir.

2017-ci ildən Həqiqət Qədirova sözügedən instituta direktor təyin olunandan bu tibb ocağında şikayətlərin ardı-arası kəsilmir. Maraqlıdır ki, şikayətçilər illərlə bu institutda müxtəlif vəzifələrdə çalışan, həkim və tibb işçiləridir.

İlk qalmaqal Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova və həkim Səbinə Məmmədova arasındakı çəkişmə ilə başladı. Aylarla davam edən insident Ali məhkəməyə qədər daşındı.
 

MÖVZU İLƏ BAĞLI:

Rüşvətə görə həbs olunan “ağ xalat”lılar - Növbədə hansı xəstəxana rəhbərləridir? - SİYAHI


Həqiqət Qədirova təyin olunduğu 10 ay ərzində onun usandırıcı və qanunsuz əməli fəaliyyətinə dözməyən 12 tibb xadimi - Torakal cərrah, Səhiyyə Nazirliyinin aparıcı cərrahı və elmi işçisi Cəmil Ələkbərov (Aprel döyüşlərinin iştirakçısıdır), professor-cərrah Kamal Əliyev, reanimatoloq Ruhiyyə Abdullayeva, reanimatoloq Elşən Həsənov, renimatoloq Vüqar Səfərov (cəmi 1 ay işləyə bilib), pulmonoloq İlqar Mustafayev, direktor müavini İradə Axundova, şöbə müdiri Səbinə Məmmdova, tibb elmləri namizədi, laboratoriya şöbəsinin müdiri Aygün Alxasova,  işə yenicə qəbul edilən anestezioloq- reanimatoloq gənc bir qız (gənc kadr İnstitutda 1 gündən artıq işləyə bilməyib),  həkim rentgenoloq Arif Qurbanov və USM həkimi Xatirə Əliyeva işini tərk edib.

Ardınca İnstitutun Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri Nuriyyə Səlimova ilə labaratoriya həkimi Aynur Əsədli arasında 5 ildən çoxdur indi də bitməyən insident yaşandı. Hazırda onlarla bağlı iş Nizami Rayon Məhkəməsindədir.

Daha sonra bir neçə gün əvvəl İnsitutun həkimləri Ağca Abbasova və Fizuli Əliyev arasında xəstələrin gözü qarşısında mübahisə baş verdi. Hətta Ağca Abbasova həmkarını xəstəyə tibbi yardım göstərərkən onu öldürməkdə ittiham etdi. Mübahisə və təhqir dolu videogörüntü sosial şəbəkələri bürüdü.

Ötən gün isə sözügedən xəstəxanada müalicə alan Aytac Əhmədova ilə xəstəxananın şöbə müdiri Zaur Həsənov arasında xoşagəlməz olay yaşandı.

Şikayətçi Zaur Həsənovun ona intim münasibətdə olması təklifi iddiası ilə Nizami Rayon Polis İdarəsinə və Nizami Rayon Prokurorluğuna ərizə yazaraq müraciət etdiyini bildirdi.

Bir sözlə 5 ildir adı qalmaqallarda çəkilən Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunu ilə bağlı ölçü götürən isə yoxdur. TƏBİB-in tabeliyində olan bu xəstəxanada baş verənlərlə bağlı araşdırmanın nəticələri nə ictimaiyyətə açıqlanır, nə də direktor barədə əməli tədbir görülür.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında TƏBİB-in mətbuat katibi Elnarə Baxış bildirib ki, araşdırma hələki davam edir:

“TƏBİB-in məsələ ilə bağlı ölçü götürməsi də məhz bu araşdırmaların nəticəsində olacaq”, - deyə o qeyd edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO