Maşın bazarına giriş niyə bağlanıb? - Xətai İH-dən AÇIQLAMA - VİDEO

Maşın bazarına giriş niyə bağlanıb? - Xətai İH-dən AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Maşın bazarına giriş niyə bağlanıb? - Xətai İH-dən AÇIQLAMA - VİDEO

60733

Babək prospektində yerləşən “8-ci kilometr maşın bazarı”nda dükan sahibləri bu gün bazara girişin bağlanmasına etiraz ediblər. Sahibkarlar bildirir ki, bazara 10 gündür ki, giriş bağlıdır və səbəb bazar sahibinin özü ilə əlaqəlidir: “Müdir özü üçün bazarda market tikir”.

Bizim.Media olaraq maşın bazarı ilə əlaqə saxlamağa çalışdıq.
 

MÖVZU İLƏ BAĞLI:

Maşın bazarında qiymətlər süni şəkildə formalaşdırılır – EKSPERT


Zəngimizi cavablayan sahibkarlardan biri, Niyazi bəy qeyd edib ki, müdriyyət bazardakı bu problem martın ilk günlərində həll edəcəyini bildirib.

“Bazarın iki giriş yeri var biri bağlanılıb. Səbəb maşın aksessuarı mağazasının açılışı ilə bağlıdır. Reklamı getsin, alıcılar bir girişdən girib mağazanı görə bilsinlər deyə bazar sahibi bu yola əl atıb. 10 gündür belə işləmir, hələ 10 günə də açılacağı gözlənilmir. Ticarətimiz ölüb, bəs biz neyləyək, ailəmiz-uşağımız var, evimizə çörək aparmayaq?”.

Maşın bazarı Xətai ərazisində yerləşdiyindən, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, bu problemin bazarın daxili məsələsidir: 

“Bizim bu məsələ ilə bağlı məlumatımız yoxdur. Amma bazar özəl müəssisədir, onun kənarında bu hadisə baş versə bəli, amma daxili məsələlər bizim saləhiyyətimizə aid deyil”.

Səkinə Yusibli, Bizim.Media

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO