Nizami rayonunda təhlükəli ANLAR: Həyətdən qumbara tapıldı - VİDEO

Nizami rayonunda təhlükəli ANLAR: Həyətdən qumbara tapıldı - VİDEO

Hazırda oxunan: Nizami rayonunda təhlükəli ANLAR: Həyətdən qumbara tapıldı - VİDEO

60722

Bakıda yaşayış binasının həyətində qumbara tapılıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonunda yaşayış binasının həyətyanı ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilən sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO