Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Hazırda oxunan: Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

606666

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Pasxa bayramı münasibətilə Qəbələnin Nic qəsəbəsində bir araya gəliblər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycanın təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoq mərkəzi olması artıq dünyaya bəllidir.

Ana vətənləri Qəbələnin Nic qəsəbəsi hesab olunan udin xalqının nümayəndələri də digər azsaylı xalqlar kimi öz milli bayram və dini mərasimlərini geniş şəkildə qeyd etməklə yaşadıqları məkanın dünyaya tolerantlıq nümunəsi olduğunu göstərirlər.

Bu baxımdan bu gün Nic qəsəbəsi daha canlı və qonaq-qaralı olub.

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, Azərbaycan ərazisindəki bütün ibadət yerləri, dini mənsubiyyətindən asılı olmayaraq, cəmiyyətimizin çoxmillətli və multikultural xarakterini əks etdirən zəngin mədəni və dini irsimizin bir hissəsidir. Onun sözlərinə görə, dövlət hər bir dini ibadət yerini ayrı-seçkilik etmədən qoruyur və inkişaf etdirir.
 

Udinlərin Pasxa bayramını hər il olduğu kimi, ilk növbədə onları daim dəstəkləyən yerli müsəlman sakinlər təbrik etməyə gəliblər. Bu dəfə də yerli icmanın rəhbərliyi və digər nümayəndələr udin icmasının bayram sevincinə qoşulublar. Qeyd edək ki, kənddə iki məscid və üç kilsənin fəaliyyət göstərməsi tolerantlığın bariz nümunəsidir.


Cotari məbədinə toplaşan müxtəlif konfessiya nümayəndələri öz ana dillərində ölkəmizin birlik və bərabərliyi üçün dua edib, şəhidləri rəhmətlə anıb, qazilərə şəfa diləyiblər. Məbəddə şamlar da yandırılıb.

Sonda məbədin həyətində bayram süfrəsi açılıb. Süfrəyə Pasxa bayramının rəmzi olan kuliç və digər bayram nemətləri düzülüb, mahnılar səsləndirilib.














Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO