Masallıda avtomobil motosikletçini vurub qaçdı

Masallıda avtomobil motosikletçini vurub qaçdı

Hazırda oxunan: Masallıda avtomobil motosikletçini vurub qaçdı

0:00
0:00
60632

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Bizim.Media-nın Cənub bürosunun  məlumatına görə, hadisə rayonun Yeddioymaq kəndi ərazisində baş verib. Naməlum minik avtomobili 1971-ci il təvəllüdlü Qızıağac kənd sakini Zeynalov Bəxtiyar Xalıq oğlunu vuraraq hadisə yerindən qaçıb. 

Yaralı ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən şəxsin kimliyi araşdırılır.

Bizim Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO