DİQQƏT: bu yolda 100 manat cərimələnə bilərsiniz - FOTO

DİQQƏT: bu yolda 100 manat cərimələnə bilərsiniz - FOTO

Hazırda oxunan: DİQQƏT: bu yolda 100 manat cərimələnə bilərsiniz - FOTO

606275

Biləcəri qəsəbəsinin giriş hissəsində yerləşən mühüm yol qovşaqlarından biri hesab edilən Biləcəri dairəsinin müxtəlif istiqamətlərinə “Sarı tor” nişanlama xətləri çəkilib.

Bizim.Media xəbər verir ki, dairənin ətrafına “Sarı tor” nişanlama xətlərin çəkilməsinə yaxın həftələrdə başlanılıb.
 

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli “trend.az”a açıqlamasında bildirib ki, qeyd edilən ərazidə yarana biləcək sıxlığın, həmçinin baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə BŞDYPİ tərəfindən mütəmadi olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.


“Həmin ərazidə əsasən, sürücülərin yol ayrıcını kobud şəkildə pozması nəticəsində sıxlıq yaranır.

Sözügedən nişanlama xətti tələbinin pozulması qanunvericiliyin tələblərinə ziddir. Belə hal aşkarlandığı təqdirdə həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 3 cərimə balı və 100 manat dəyərində cərimə tətbiq olunur", - deyə o qeyd edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO