İmtahanlar nə qədər çətin olsa da, qəbul sayı dəyişməyəcək – Emin Əmrullayev

İmtahanlar nə qədər çətin olsa da, qəbul sayı dəyişməyəcək – Emin Əmrullayev

Hazırda oxunan: İmtahanlar nə qədər çətin olsa da, qəbul sayı dəyişməyəcək – Emin Əmrullayev

606269

"İmtahanlar nə qədər çətin olursa-olsun ali təhsil müəssisələrinə eyni sayda tələbə qəbul olacaq". 

Bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda qeyd edib.

Nazir imtahan suallarının çətinliyi ilə bağlı yaranmış müzakirələrə də fikirlərini bildirib:

"Nəticədə, daha bilikli insanlar daha yaxşı seçim əldə edəcəklər. Bu baxımdan ədalət pozulmayacaq. Həmçinin suallar çətin və ya asan olanda hamı üçün eyni olur. Mahiyyət etibarilə Azərbaycan cəmiyyətinin gələcəyini dəyişmir. Sualların çətinliyi ətrafında yaranmış ajiotajın cəmiyyətə heç bir faydası yoxdur".

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO