Sumqayıtda 6 uşağı dəm qazından zəhərlənən çoxuşaqlı ailəyə 2022-ci ildən müavinət ödənilir.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, Cəbrayılova Afət Sərdar qızına Dövlət Sosial Müdafiə Fondu tərəfindən 08.04.2022-ci il tarixindən beşdən çox uşağı olan qadınlara görə müavinət təyin edilib. Hazırda A.Cəbrayılovaya hər uşağa görə 140 manat olmaqla ödəniş davam etdirilir”.
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı Cəbrayılova Gülcənnət ölüb.
Ailə sosial şəbəkədə paylaşım edərək, övladlarını dəfn etmək üçün pullarının olmadığını iddia edib. Bu isə onların maddi durumunu gündəmə gətirib, ailəyə dövlətin dəstəyi müzakirəyə çevrilib.
Xatırladaq ki, qanunvericiliyə görə, 5-dən artıq uşağı olan ailə çoxuşaqlı ailə hesab edilir.
Ailədə 6-cı uşaq bir yaşına çatdığı halda Anaya 18 yaşına çatmamış hər uşağa görə ayda 140 manat müavinət verilir.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:39 / 07.04.2026
Sumqayıtda 6 uşağı zəhərlənən ailəyə 4 ildir MÜAVİNƏT verilirmiş – RƏSMİ
Hazırda oxunan: Sumqayıtda 6 uşağı zəhərlənən ailəyə 4 ildir MÜAVİNƏT verilirmiş – RƏSMİ
Hazırda oxunan: Sumqayıtda 6 uşağı zəhərlənən ailəyə 4 ildir MÜAVİNƏT verilirmiş – RƏSMİ
605656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































