Vaşinqtonun DİLEMMASI – İrana qarşı quru əməliyyatının əsas RİSKLƏRİ və potensial SSENARİLƏR

Vaşinqtonun DİLEMMASI – İrana qarşı quru əməliyyatının əsas RİSKLƏRİ və potensial SSENARİLƏR

Hazırda oxunan: Vaşinqtonun DİLEMMASI – İrana qarşı quru əməliyyatının əsas RİSKLƏRİ və potensial SSENARİLƏR

605639

Yaxın Şərqdə müharibə davam edir. Ara-sıra Amerika tərəfi müharibəni tezliklə bitirəcəyini bəyan edir. Eyni zamanda, Vaşinqton danışıların da aparıldığını bildirir. Amma qarşı tərəf bunu təkzib edir. ABŞ Prezidenti Donald Trampın İrana verdiyi möhlət də aprelin 8-də bitəcək. Buna baxmayaraq, görünən odur ki, İran öz mövqeyindən geri çəkilməyi düşünmür. Belə vəziyyətdə ABŞ-ın quru əməliyyatını keçirə biləcəyi də istisna edilmir. 

İrana qarşı quru əməliyyatı başlayır? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, İrana qarşı quru əməliyyatları riskli məsələdir:

“ABŞ ordusu arasında ruh yüksəkliyini qaldırmaq üçün vurulmuş təyyarələrin pilotlarının xilas edilməsi məsələsini də şişirdir, ona piar dəstəyi göstərir. Amma əslində Amerikanın istənilən ən hazırlıqlı desant birləşməsinin İran ərazisində əməliyyat aparması çox problemlidir. Məsələ heç də təkcə relyefdə deyil. Məsələ ondadır ki, İranın xüsusi təyinatlı dəstələri yüksək hazırlıq keyfiyyətinə malikdir. Onlar yeni döyüş aparma üsullarından da peşəkarcasına istifadə edə bilirlər”. 

Ekspert qeyd edir ki, prosesin gedişi Trampın hansı qərarı verəcəyindən asılıdır:

“ABŞ-da bəzi hərbçilərin istefa qərarları onu göstərir ki, onlar Trampın yürütdüyü xətti bəyənməyib. Bütün ali rütbəli  amerika hərbçiləri və hərbi sahə üzrə ixtisaslaşan araşdırma mərkəzlərinin yekdil qənaətinə görə İrana quru əməliyyatı ilə müdaxilə etməyə dəyməz. Məsələ heç də onda deyil ki, bunun üçün milyon-milyon yarımlıq hərbi kontingent lazımdır. Problem ondadır ki, İran öz coğrafiyasında unikal manevrlər hesabına döyüş qabiliyyətini inkişaf etdirə bilib. Onlar ən ekstremal şəraitdə döyüş qabiliyyətini mənimsəyiblər. Belədə İranla mübarizədə duruş gətirmək çətin olacaq”. 

Tramp bu vəziyyətdən qeyri-adi bir üsulla çıxmaq yolunu axtarır. Politoloqun fikrincə, Tramp məhdud quru əməliyyatına gedə bilər:

“Bununla o həm öz reputasiyasını, həm də noyabrdakı aralıq seçkilərdə partiyasının mövqeyini gücləndirməyi düşünür.  ABŞ məhdud quru əməliyyatına gedə bilər. Amma bütün hallarda quru əməliyyatı ilə Amerika çoxsaylı itki verəcək. Tramp da bunun qorxusundan geri çəkiləcək”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO