Qusarda sel fəsadları aradan qaldırılır -Kuzun kəndinə yol açıldı - VİDEO

Qusarda sel fəsadları aradan qaldırılır -Kuzun kəndinə yol açıldı - VİDEO

Hazırda oxunan: Qusarda sel fəsadları aradan qaldırılır -Kuzun kəndinə yol açıldı - VİDEO

605637

Qusarda sel sularının dağıtdığı Kuzun kəndinin yolu açılıb. Üstəlik çay kənarında yerləşən evlərin su basmasının da qarşısı alınıb.Vəziyyətin yenidən təkrarlanmaması üçün əlavə tədbirlər görülür.

Qeyd edək ki, Qusar İcra başçısı Sahir Məmmədxanov ötən gün selin fəsadlarının olduğu ərazilərdə olub, dağlıq Kuzun kəndinə də baş çəkib.

Rayon rəhbəri sakinlərlə görüşdə dövlətin imkan daxilində fəsadlarla bağlı kömək edəcəyini bildirib.

Rayon ərazisində yolu bağlı kəndlərin açılması üçün, də tədbirlər davam etdirilir.

Hazırda aidiyyəti qurumlar tərəfindən vəziyyətin yenidən təkrarlanmaması üçün əlavə profilaktik tədbirlər görülür.

Rəsmi qurumlar bildirir ki, vəziyyət nəzarət altındadır və bölgədə təhlükəsizliyin təmin olunması üçün bütün zəruri addımlar atılmaqda davam edir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO