Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Hazırda oxunan: Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

605615

Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunun Nəsimikənd kəndində 41 yaşlı qadının meyiti aşkarlanıb.

Belə ki, 1985-ci il təvəllüdlü Rüstəmova Xalidə Ağabəy qızı yaşadığı evin həyətində yerləşən tikilidə ölü halda tapılıb.

Bizim.Media qadının müəmmalı ölümü ilə bağlı təfərrüatları öyrənməyə çalışıb.

Nəsimikənd kəndinin bələdiyyə sədri Əli Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, qadın Parkinson xəstəliyindən əziyyət çəkdiyi üçün psixoloji durumu yerində olmayıb:

“Qadın 16 yaşlı oğlu, həyat yoldaşı, qaynana və qaynatası ilə birgə yaşayırdı. Qızı isə İmişlidə ailəlidir. Ötən gün həyətlərindəki tikilidə ailəsi tərəfindən ölü tapılıb. Deyilənə görə, intihar edib, dünən axşam saatlarında isə dəfn edilib. Ola bilsin ki, xəstəliyinə görə dözməyib,  canını qurtarıb. Qalan məsələlər isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi Mübariz Nəbiyev Bizim.Media-ya açıqlamasında deyib ki, qadın 16 yaşlı oğlu tərəfindən ölü tapılıb:

“Oğlu danışır ki, yumurta qayğanağı etmişdik, dedik ki, gəlsin, nahar etsin. Gəzib axtarıblar ki, anası yoxdur. Yola çıxıb qonşulardan soraq ediblər, amma xəbər çıxmayıb. Sonra 16 yaşlı oğlu həyət-bacanı gəzəndə həyətdəki tikilidə ipdən asılı vəziyyətdə tapıb. Oğlu deyir ki, xəstəliyi tutanda özünü pəncərədən də atırmış, ailə xilas edirmiş. Xəstəlik ona güc gələndə özünü idarə edə bilmirmiş. 3 il idi ki bu xəstəlikdən əziyyət çəkirdi. Buna görə psixoloji durumu da ağır olub”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO